Bakı. 1 oktyabr. REPORT.AZ/ Kataloniyada müstəqilliklə bağlı referendum günü polis ilə toqquşma nəticəsində xəsarət alanların sayı 761 nəfərə çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə muxtariyyətin səhiyyə nazirliyi məlumat yayıb.
"Ümumilikdə 761 nəfər tibbi yardıma ehtiyac duyub", — deyə nazirliyin "Twitter" səhifəsində qeyd olunub.
***20:21
Bakı. 1 oktyabr. REPORT.AZ/ Kataloniyada referendum tərəfdarları ilə polis arasında baş verən toqquşmalarda yaralananların sayı təqribən 500 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Kataloniya hakimiyyəti məlumat yayıb.
Region sakinləri iğtişaşlar zamanı rezin güllələr və dəyənəklərdən xəsarət alıblar.
Bundan əvvəl 11 İspaniya polisinin yaralandığı məlumat verilmişdi.
Hazırda müstəqilliklə bağlı referendum üzrə səsvermə davam edir. İspaniya hakimiyyəti 90-dan çox seçki məntəqəsini bağlamağa müvəffəq olub.