Kataloniyada etirazlar zamanı 19 nəfər saxlanılıb, 5 polis xəsarət alıb

Kataloniyada etirazlar zamanı 19 nəfər saxlanılıb, 5 polis xəsarət alıb Kataloniyada muxtariyyətin müstəqillik tərəfdarlarının keçirdiyi etirazların dördüncü günü azı 19 nəfər saxlanılıb.
Digər ölkələr
18 Oktyabr , 2019 12:39
Kataloniyada etirazlar zamanı 19 nəfər saxlanılıb, 5 polis xəsarət alıb

Kataloniyada muxtariyyətin müstəqillik tərəfdarlarının keçirdiyi etirazların dördüncü günü azı 19 nəfər saxlanılıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Kataloniya hüquq-mühafizə orqanlarının məlumatına görə, iğtişaşlar zamanı 5 əməkdaş xəsarət alıb. Muxtariyyətin fövqəladə hallar xidməti isə oktyabrın 17-də 18 nəfərin xəsarət aldığını bildirib.

Xatırladaq ki, mitinqlər, avtomobil və dəmir yollarının bağlanması və iğtişaşlar oktyabrın 14-də - İspaniya Ali Məhkəməsinin 2017-ci ildə qanunsuz şəkildə müstəqillik haqqında referendum keçirilməsində əli olan 12 katalon siyasətçi barədə hökm çıxardıqdan sonra başlayıb.

Muxtar icmanın müxtəlif şəhərlərində baş verən qarşıdurmalar zamanı həftənin əvvəlindən 200-ə yaxın hüquq-mühafizə orqanı nümayəndəsi daxil olmaqla, 500 nəfər xəsarət alıb, 100-ə yaxın adam saxlanılıb.

Son xəbərlər

Orphus sistemi