Kataloniyada etirazlar zamanı 56 nəfər xəsarət alıb - VİDEO

Kataloniyada etirazlar zamanı 56 nəfər xəsarət alıb - VİDEO Kataloniyada müstəqillik tərəfdarları etiraz aksiyası keçirib.
Digər ölkələr
15 Oktyabr , 2019 05:53
Kataloniyada etirazlar zamanı 56 nəfər xəsarət alıb - VİDEO

Kataloniyada müstəqillik tərəfdarları etiraz aksiyası keçirib.

"Report" xəbər verir ki, bu barədə "El Pais" məlumat yayıb.

Qeyd edilir ki, aksiya zamanı etirazçılarla polis əməkdaşları arasında qarşıdurmalar baş verib. Qarşıdurmalar zamanı 56 nəfər xəsarət alıb. Məlumata görə, zərərçəkənlərdən əksəriyyəti böyük nümayişin keçirildiyi Barselona aeroportunun birinci terminalında xəsarətlər alıb.

Daha əvvəl Kataloniyanın müstəqilliyi tərəfdarlarının etiraz aksiyaları nəticəsində 37 nəfərin zərər çəkdiyi bildirilirdi.

İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyarena Kataloniya hökumətinin keçmiş başçısı Karles Puçdemonla bağlı yeni beynəlxalq və Avropa həbs qərarı verib.

Son xəbərlər

Orphus sistemi