Kataloniyada bölgə parlamentinə seçkilər keçirilir

Kataloniyada bölgə parlamentinə seçkilər keçirilir Regional parlamentə seçkilər keçirilən Kataloniyada bazar günü səsvermə məntəqələri açılıb
Digər ölkələr
27 Sentyabr , 2015 15:46
Kataloniyada bölgə parlamentinə seçkilər keçirilir

Bakı. 27 sentyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya bölgəsində bu gün səsvermə məntəqələri açılıb. “Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, bölgənin milliyyətçi partiyaları bu seçkiləri gələcəkdə Kataloniyanın İspaniyadan ayrılmasına yol açan bir hadisə kimi dəyərləndirir.

İki separatçı partiya səylərini birləşdirərək regional parlamentdə səs çoxluğunu, yəni 135-dən azı 68 mandat qazanacaqlarına ümidlidir.

Həmin partiyalar hesab edir ki, bu halda yaxın 18 ay ərzində onlar birtərəfli qaydada müstəqillik elan edə bilərlər.

İspaniya rəsmiləri bucür cəhdlərin qarşısını alacaqları barədə xəbərdarlıq ediblər.

Rəy sorğuları kataloniyalıların əksəriyyətinin referendum keçirilməsi ideyasını dəstəklədiyini göstərir.

Son xəbərlər

Orphus sistemi