Kataloniyada baş vermiş toqquşmalarda 337 nəfər xəsarət alıb - YENİLƏNİB

Kataloniyada baş vermiş toqquşmalarda 337 nəfər xəsarət alıb - YENİLƏNİB Onlardan biri ağır vəziyyətdədir
Digər ölkələr
1 Oktyabr , 2017 16:46
Kataloniyada baş vermiş toqquşmalarda 337 nəfər xəsarət alıb - YENİLƏNİB
Foto: AFP

Bakı. 1 oktyabr. REPORT.AZ/ Kataloniyada polis əməkdaşları ilə baş vermiş toqquşmalarda 337 nəfər xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kataloniyanın hakimiyyət orqanları məlumat yayıb.

Muxtar qurumun yaydığı xəbərdə bildirilir ki, xəsarət alanların sayı 300-ü ötüb.

"337 nəfər xəsarət və zədə alıb. Onlardan biri ağır vəziyyətdədir. Biz insanlara xəstəxanalara və Kataloniyanın hüquq-mühafizə orqanlarına müraciət etməyi çağırırıq", - deyə Jordi Turul mətbuat konfransında bildirib.


***14:05

Kataloniyada müstəqillik haqqında referendumun gedişində polis əməkdaşları ilə baş vermiş toqquşmalarda 38 nəfər xəsarət alıb.

"Report" xarici mətbuata istifadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

"Təcili xidmətlər ispan polisi ilə toqquşmalarda xəsarət almış 38 nəfərə yardım göstərib. Onların 35-nin xəsarəti yüngül, daha 3-nün xəsarəti isə orta ağırdır", - deyə nazirliyin "Twitter"də dərc edilmiş xəbərində bildirilir.

Bildirilir ki, xəsarət alanlardan 9-u xəstəxanaya aparılıb. Onlarda zədələr, bağgicəllənmələr və təlaş var. 

Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilir.

Son xəbərlər

Orphus sistemi