Yuxarı

Kataloniyada aksiyalar zamanı yaralananların sayı 46-ya çatıb

Bakı. 22 fevral. REPORT.AZ/ Cümə axşamı İspaniyanın Kataloniya bölgəsində müstəqillik tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı azı 46 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə muxtariyyətin tibbi yardım xidməti və Kataloniya polisinin mətbuat xidməti məlumat yayıb.

Kataloniyanın müstəqilliyi tərəfdarlarının aksiyası cümə axşamı səhər başlayıb. Mitinqçilər regional separatçı siyasətçilər üzərində aparılan məhkəmə prosesinə qarşı çıxış edirlər. Mitinqlər muxtariyyətdə start götürən ümumi tətil çərçivəsində keçirilir. Aksiya iştirakçıları avtomobil və dəmir yollarını bağlayır, təkərlər yandırırlar.

Separatçı proses liderləri üzərində məhkəmə dinləmələri fevralın 12-də başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi