Yuxarı

Kataloniya separatçılarının liderləri 13 ilə qədər həbs cəzasına məhkum edilib

​Kataloniya separatçılarının liderləri 13 ilə qədər həbs cəzasına məhk

2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı qeyri-qanuni referendumun təşkilində iştirak edən katalon siyasətçilər 13 ilə qədər müddətə həbs cəzasına məhkum edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, belə qərarı İspaniya Ali Məhkəməsi qəbul edib.

İş üzrə təqsirləndirilən Kataloniya separatçı hərəkatının 12 rəhbərindən bəziləri qiyama təhriketmə və israfçılıqda günahkar biliniblər. Muxtar vilayətin hökumət başçısının keçmiş müavini Oriol Junkeras maksimum müddətə, yəni 13 illik azadlıqdan məhrum edilib.

Milli Kataloniya Assambleyasının keçmiş lideri Jordi Sançes və "Omnium kultural" təşkilatının sədri Jordi Kuişart 9 il həbs cəzasına məhkum edilib. Region parlamentinin keçmiş sədri Karme Forkadel 11 il 6 ay həbs cəzası alıb. Bundan əlavə, iş üzrə adı keçənlərin müxtəlif müddətlərdə dövlət vəzifələrini tutması qadağan edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi