Kataloniya rəhbəri Karles Puçdemon Belçikaya qaçıb

Kataloniya rəhbəri Karles Puçdemon Belçikaya qaçıb Belçika hökumətinin təmsilçisi Kataloniya muxtariyyəti liderlərinin sığınma haqqında müraciətlərinin təmin ediləcəyini bildirib
Digər ölkələr
30 Oktyabr , 2017 17:22
Kataloniya rəhbəri Karles Puçdemon Belçikaya qaçıb
REUTERS/ Ruben Moreno Garcia

Bakı. 30 oktyabr. REPORT.AZ/ İspaniya hökumətinin vəzifədən uzaqlaşdırdığı Kataloniya Muxtar Əyalətinin keçmiş başçısı Karles Puçdemon ölkədən qaçıb. 

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, o, Belçikaya sığınıb.

K.Puçdemonla yanaşı Kataloniyada "referendum" keçirilməsində və müstəqilliyinin elan olunmasında fəal iştirak edən muxtariyyət rəsmiləri də İspaniyadan qaçıb və hazırda Brüssel şəhərindədirlər.   

Belçika hökumətinin təmsilçisi Kataloniya muxtariyyəti liderlərinin sığınma haqqında müraciətlərinin təmin ediləcəyini bildirib.

İspaniyanın baş prokuroru Joze Manuel Maza bildirib ki, Kataloniya liderlərinin krallıqdan ayrılması istiqamətində fəaliyyətilərinə görə Cinayət Məcəlləsinin qiyama təhrik etmə maddəsi ilə cinayət işi açılıb. Bas prokuror bildirib ki, onlar ictimaiyyətin inamından sui-istifadə də ittiham olunurlar. 

Son xəbərlər

Orphus sistemi