Yuxarı

Kataloniya hökuməti müstəqillik haqqında referendumdan imtina edib

Kataloniya hökuməti müstəqillik haqqında referendumdan imtina edib
Kataloniyanın rəhbəri hesab edir ki, hüquq təminatlarının olmaması səbəbindən səsvermə keçirilə bilməz

Bakı. 14 oktyabr. REPORT.AZ/ Kataloniya hökuməti İspaniyadan ayrılma haqqında referendumu ləğv etmək qərarına gəlib. "Report" Reuters-ə istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Artur Mas muxtar vilayətinin ayrılmasının tərəfdarı olan üç millətçi siyasi partiyanın rəhbərləri ilə keçirdiyi 9 saatlıq görüşdən sonra bildirib. 

Kataloniyanın rəhbəri  hesab edir ki, hüquq təminatlarının olmaması səbəbindən səsvermə keçirilə bilməz.

Sentyabr ayının 30-da Kataloniya hökuməti referenduma hazırlığı dayandırmaq qərarına gəliblər. Region hökumətinin mətbuat katibi Fransesk Xoms bildirib ki, region müstəqillik uğrunda mübarizəsini davam etdirəcək.

Qeyd edək ki, referendumun noyabr ayının 9-da keçirilməsi nəzərdə tutulurdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi