Yuxarı
    Bağlamaq

    Karles Puçdemon Belçikadan sığınacaq istəmək niyyətində deyil

    Kataloniyanın keçmiş rəhbəri: Təhdidlərdən yayınmaq üçün Brüsselə gəldim
    © AP Photo / Presidency Press Service

    Bakı. 31 oktyabr. REPORT.AZ/ İspaniya hökuməti tərəfindən Kataloniyanın rəhbəri vəzifəsindən uzaqlaşdırılan Karles Puçdemon Belçikadan sığınacaq istəmək niyyətində deyil.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Puçdemon bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

    O, Belçika paytaxtına sığınacaq almaq yox, təhdidlərdən yayınmaq üçün gəldiyini qeyd edib. Puçdemon evə dəqiq nə vaxt qayıdacağına aydınlıq gətirməyib və bunun İspaniya hökumətinin zəmanətlərindən asılı olacağını söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi