​Kansler: "Almaniya qaçqınlar üçün sərhədləri bağlamaq niyyətində deyil"

​Kansler: "Almaniya qaçqınlar üçün sərhədləri bağlamaq niyyətində deyil" Merkel: "Almaniya miqrant axınına nəzarət edəcək, lakin sərhədlərini tam bağlamayacaq"
Digər ölkələr
17 Oktyabr , 2015 17:11
​Kansler: Almaniya qaçqınlar üçün sərhədləri bağlamaq niyyətində deyil

Bakı. 17 oktyabr. REPORT.AZ/ Almaniya Yaxın Şərqdən gələn qaçqınlar üçün sərhədlərini bağlamayacaq. "Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib. 

O, Almaniyanın miqrant axınına nəzarət edə biləcəyini deyərək, ölkəsinin ötən gecə Macarıstan kimi qaçqınlar üçün sərhədləri tamamilə bağlamaq fikrində olmadığını da qeyd edib: "Mən davamlı həll yollarına nail olmaq üçün bütün qüvvəmi sərf edərək çalışıram, ona görə ki, məsələlərin müsbət həlli yalnız bizdən asılıdır və bu müəyyən vaxt tələb edir".

Bir qədər əvvəl Macarıstanın sərhədlərini bağlaması səbəbindən miqrantların Sloveniya ərazisindən keçib gəldikləri deyilirdi.

Son xəbərlər

Orphus sistemi