Bakı. 28 yanvar. REPORT.AZ/ Avstraliya Venesuela müxalifətinin lideri Xuan Quaydonu bu ölkə prezidentinin vəzifəsini müvəqqəti icra edən şəxs kimi tanıyıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın
"Avstraliya Venesuelanın Konstitusiyasına uyğun olaraq, Milli Məclisin spikeri Xuan Quaydonu müvəqqəti prezidentin vəzifəsinin icraçısı kimi tanıyır və seçkilər keçirilənə qədər dəstəkləyir", - deyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rəsmi Kanberra həmçinin Venesuelada demokratiyaya mümkün qədər tez keçidə çağırıb.
Bundan əvvəl isə İsrailin baş naziri də Quaydonu Venesuelanın rəhbəri kimi tanıyıb.