Yuxarı

Kanadanın XİN rəhbəri: "Sammitdə Rusiyanın G7-ə qayıtması məsələsi qaldırılmayıb"

Kanadanın XİN rəhbəri: "Sammitdə Rusiyanın G7-ə qayıtması məsələsi qaldırılmayıb"

Bakı. 9 iyun. REPORT.AZ/ "Böyük yeddilər"in Kanadanın Kvebek əyalətində keçirilən sammitində Rusiyanın G7-ə qayıtması məsələsi qaldırılmayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Xristya Friland bildirib.

Onun sözlərinə görə, Kanada Rusiyanın "Böyük yeddilər" qrupuna qayıtmasına qarşıdır.

"Kanadanın mövqeyi çox aydındır. Biz Rusiyanın (G7-ə-red) qayıdışının əleyhinəyik", - deyə Kanada XİN-in başçısı bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanı "Böyük yeddilər"ə qaytarmağı təklif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi