​Kanadanın qərbində yayın sonunda ilk qar yağıb

​Kanadanın qərbində yayın sonunda ilk qar yağıb Qarın yağmasının səbəbi buz hava kütlələri olub
Digər ölkələr
22 Avqust , 2015 16:05
​Kanadanın qərbində yayın sonunda ilk qar yağıb

Bakı. 22 avqust. REPORT.AZ/ Kanadanın qərbindəki Alberte əyalətində gözlənilmədən qar yağıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. Milli meteoroloji xidmətdən bildiriblər ki, qar əyalətin ən iri meqapolisi olan Kalqari yaxınlığındakı dağlıq ərazidə yağıb. Qarın yağmasının səbəbi buz hava kütlələri olub.

Qarın yağması gunortadan axşama qədər davam edib və bu zaman ərzində 18 mm yağıntı düşüb. Havanın temperaturu 20 dərəcədən 2-5 dərəcədəyək kəskin şəkildə enib, Kalqaridə isə yağış yağıb.  

Son xəbərlər

Orphus sistemi