Kanadada parlament seçkilərində Castin Tryudonun partiyası qalib gəlir - YENİLƏNİB

Kanadada parlament seçkilərində Castin Tryudonun partiyası qalib gəlir - YENİLƏNİB Castin Tryudonun Liberal partiyası Kanadada keçirilən parlament seçkilərində qalib gəlir
Digər ölkələr
22 Oktyabr , 2019 06:35
Kanadada parlament seçkilərində Castin Tryudonun partiyası qalib gəlir - YENİLƏNİB

Castin Tryudonun Liberal partiyası Kanadada keçirilən parlament seçkilərində qalib gəlir

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, bunu ölkənin Milli Seçki Komissiyasının ilkin məlumatları göstərir.

Beləliklə, liberallar parlament aşağı palatası İcmalar Palatasında 338 mandatdan 137-ni əldə ediblər. Onların əsas rəqibləri Mühafizəkarlar Partiyası isə seçkilərdə 99 mandat qazanıb.


***05:37

Kanadanın baş naziri Castin Tryudonun rəhbəri olduğu Liberal Partiyası ölkədə keçirilən parlament seçkilərində liderlik edir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Ölkənin Milli Seçki Komissiyası tərəfindən açıqlanan məlumatlara görə, siyasi təşkilat rəqiblərini qabaqlayıb.

Hazırda məlumatlar səsvermənin başa çatdığı Atlantika Kanadası məntəqələrindən göndərilir. Qeyd edilir ki, liberallar hələ ki 338 seçki dairəsindən 6-da qalib gəlib. Onları seçicilərin 52%-i dəstəkləyib, səsvermənin nəticəsinə görə ikinci yerdə Mühafizəkarlar Partiyası (34,8%) qərarlaşıb. Seçkidə üçüncü yerdə Yeni Demokrat Partiyası (10,2%) yer tutub. "Yaşıl partiya" (3,3%) dördüncü yerlə kifayətlənib. Digər partiyalar hələ 1 faiz səs yığmayıb.

Kanadanın çox hissəsində səsvermə davam edir.

Seçki Komissiyası seçkidə iştirak etmiş seçicilərin və hesablanmış bülletenlərin sayı barədə məlumatları hələ açıqlamayıb.

Qeyd edək ki, bu, Kanadada 43-cü parlament seçkiləridir. 

Son xəbərlər

Orphus sistemi