Kanadanın ​əyalətlərində yağan rekord qar səbəbindən məktəblər və bir sıra yollar bağlanılıb

Kanadanın ​əyalətlərində yağan rekord qar səbəbindən məktəblər və bir sıra yollar bağlanılıb Regionda həftənin əvvəlindən bütün məktəblər, eləcə də bir çox dövlət müəssisələri və özəl mağazalar bağlanılıb
Digər ölkələr
18 Fevral , 2015 11:00
Kanadanın ​əyalətlərində yağan rekord qar səbəbindən məktəblər və bir sıra yollar bağlanılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Kanadanın Atlantik əyalətləri olan Yeni Şotlandiya, Şahzadə Eduard adası və Nyu-Bransuikidə rekord qar səbəbindən bütün məktəblər, eləcə də bir çox dövlət müəssisələri və özəl mağazalar bağlanılıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Yerli KİV bildirib ki, bazar günündən əyalətlərdə 60 sm qar yağıb. Şahzadə Eduard adasının paytaxtı Şarlottaunda yağıntılar üzrə rekord səviyyə - 86,6 sm qar qeydə alınıb. Qartəmizləyən texnika küçələri təmizləməsini başa çatdıra bilmir, buna görə yerli hökumət öz şəhərinin qardan təmizlənməsi üçün sakinlərə müraciət edib. 

Güclü qar avianəqliyyatın fəaliyyətinə də ciddi təsir göstərib - regionun hava limanlarında 100-lərlə reys ləğv olunub və ya təxirə salınıb. Bundan başqa pis hava şəraiti ilə əlaqədar 8 min ev elektrik enerjisiz qalıb. 

Hazırda yağıntının intensivliyi xeyli azalıb. 

Son xəbərlər

Orphus sistemi