Kanadanın baş naziri bu ölkənin bütün qaçqınları qəbul etməyə hazır olduğunu bildirib

Kanadanın baş naziri bu ölkənin bütün qaçqınları qəbul etməyə hazır olduğunu bildirib Castin Tryudo: "Kim ki, müharibə, terror və təqiblərdən xilas olunur, kanadalılar onları salamlayacaq"
Digər ölkələr
29 Yanvar , 2017 05:31
Kanadanın baş naziri bu ölkənin bütün qaçqınları qəbul etməyə hazır olduğunu bildirib

Bakı. 29 yanvar. REPORT.AZ/ Kanadanın baş naziri Castin Tryudo ölkəsinin dinindən asılı olmayaraq bütün qaçqınları qəbul etməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

Məlumata görə, Kanadanın baş naziri bütün qaçqınları qarşılayacağını deyib.

"Kim ki, müharibə, terror və təqiblərdən xilas olunur, kanadalılar onları salamlayacaq. Bizim gücümüz müxtəliflikdədir", - deyə o, "Twitter"də yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp əhalisi müsəlman olan yeddi ölkənin vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulması haqqında fərman imzalayıb.

Son xəbərlər

Orphus sistemi