Kanadada yaşayış binası yanıb, 3 nəfər ölüb, 11 nəfər yaralanıb

Kanadada yaşayış binası yanıb, 3 nəfər ölüb, 11 nəfər yaralanıb Bakı 9 fevral. REPORT.AZ/ Kanadanın Longey şəhərində yaşayış binasında baş verən yanğın nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Digər ölkələr
9 Fevral , 2019 17:50
Kanadada yaşayış binası yanıb, 3 nəfər ölüb, 11 nəfər yaralanıb
Christopher Drost/ globallookpress.com

Bakı 9 fevral. REPORT.AZ/ Kanadanın Longey şəhərində yaşayış binasında baş verən yanğın nəticədə 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə Report " RİA "Novosti"yə istinadən xəbər verir.

CBC telekanalının məlumatına görə, yanğın evin zirzəmisində başlayıb, sonra birinci və ikinci mərtəbələrə yayılıb.

Xilasedicilər sakinləri təxliyə ediblər. Üç nəfər şüursuz halda tapılaraq xəstəxanaya çatdırılıb, lakin onların həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi