​Kanadada "Valentin günü"nə planlaşdırılan terrorun qarşısı alınıb

​Kanadada "Valentin günü"nə planlaşdırılan terrorun qarşısı alınıb Aparılan xüsusi əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən 3 nəfər tutulub
Digər ölkələr
14 Fevral , 2015 13:29
​Kanadada Valentin gününə planlaşdırılan terrorun qarşısı alınıb

Bakı.14 fevral. REPORT.AZ/ Kanada polisi kütləvi güllələmə hadisəsinin qarşısını alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, kütləvi güllələmə "Müqəddəs Valentin günü" ölkənin Yeni Şotlandiya əyalətinin Qalifaks şəhərində törədilməsi planlaşdırılıbmış.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, aparılan xüsusi əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən 3 nəfər - 23 yaşlı qadın, eləcə də 20 və 17 yaşlı iki kişi tutulub. 19 yaşlı dördüncü şəxs isə yaşadığı mənzildə ölü aşkarlanıb. Onun ölüm səbəbi bilinmir.

Onlar fevralın 14-də Qalifaksda adamların çox olduğu meydana gedərək, dinc sakinləri gülləbaran etməyi, sonda isə özlərini güllələməyi planlaşdırıbmışlar. Tutulanların Kanada və ya ABŞ vətəndaşı olmaları, eləcə də silahı hansı yolla əldə etmələri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi