Kanadada tibb bacısı 8 təqaüdçünün qətlində ittiham olunur

Kanadada tibb bacısı 8 təqaüdçünün qətlində ittiham olunur Təqaüdçülər 75-96 yaş aralığında olublar
Digər ölkələr
26 Oktyabr , 2016 03:26
Kanadada tibb bacısı 8 təqaüdçünün qətlində ittiham olunur

Bakı. 26 oktyabr. REPORT.AZ/ Kanadanın Ontario əyalətində qocalar evində 8 təqaüdçünü öldürməkdə ittiham edilən keçmiş tibb bacısı həbs olunub.

"Report" xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

İstintaq zamanı məlum olub ki, 49 yaşlı Elizabet Treysi Mai Vettlaufer 2007-ci ildən 2014-cü ilədək dərmanın dozasını artırmaq yolu ilə 75-96 yaşlarında olan 8 təqaüdçünü öldürüb. Qətllər Ontario vilayətinin Vudstok və London şəhərlərində yerləşən qocalar evlərində törədilib.

Qadın Vudstokdakı evində həbs olunub.

Son xəbərlər

Orphus sistemi