Yuxarı

Kanadada təyyarə yük avtomobili ilə toqquşub, xəsarət alanlar var

​Kanadada təyyarə yük avtomobili ilə toqquşub, xəsarət alanlar var

Kanadada təyyarə yanacaq daşıyan yük avtomobili ilə toqquşub.

"Report" xəbər verir ki, bu barədə CBC məlumat yayıb.

Məlumata görə, hadisə Toronto şəhərinin beynəlxalq aeroportunda, gecə saatlarında baş verib. "Bombardier DHC - 8-300" təyyarəsi pis hava səbəbindən hava limanına qayıdarkən yanacaq daşıyan yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 3 ekipaj üzvü2 sərnişin xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi