Kanadada təyyarə qəzası baş verib, ölənlər var

Kanadada təyyarə qəzası baş verib, ölənlər var Ölkə parlamentinin keçmiş üzvü Ceyms Prentis də qəzada ölənlər arasındadır
Digər ölkələr
14 Oktyabr , 2016 21:51
Kanadada təyyarə qəzası baş verib, ölənlər var

Bakı. 14 oktyabr. REPORT.AZ/ Kanadada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "CBC News" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Britaniya Kolumbiyası vilayətində baş verib. Qəza nəticəsində 4 nəfər həlak olub.

Kanadanın Nəqliyyat Təhlükəsizliyi Komitəsinin sədri Bill Yervud jurnalistlərə bildirib ki, təyyarə Keloun şəhərindən Sprinqbenk aeroportuna uçurmuş. Lakin o, səmaya qalxdıqdan sonra radarlardan itib.

Bir qədər sonra operativ xidmətin əməkdaşları hava gəmisinin qalıqlarını aşkar ediblər.

"Reuters"in məlumatına görə, Kanada parlamentinin keçmiş üzvü Ceyms Prentis də qəzada ölənlər arasındadır.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi