Kanadada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Kanadada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var Bakı. 3 avqust. REPORT.AZ/ Kanadada hidrotəyyarə qəzaya uğrayıb.
Digər ölkələr
3 Avqust , 2018 05:41
Kanadada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

Bakı. 3 avqust. REPORT.AZ/ Kanadada hidrotəyyarə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hadisə Britaniya Kolumbiyası vilayətində baş verib. Səmaya qalxan hidrotəyyarə az sonra Tayoton gölünə düşüb. Hadisə zamanı hava maşınında pilot və 2 sərnişin olub. Əraziyə gələn xilasedicilər 20 yaşlı sərnişinin cəsədini aşkarlayıblar. Onun həmyaşıdı olan pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha bir sərnişin isə itkin düşüb. Hazırda onun axtarışları aparılır.

Şahidlərin sözlərinə görə, təyyarə səmaya qalxdıqdan dərhal sonra yerə düşüb. Qəzanın səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi