Bakı. 9 yanvar. REPORT.AZ/ “Canadian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi tüstülənmə səbəbindən Qalifaks şəhərinin hava limanına qayıtmalı olub.
"Report"un "Gazeta.Ru"ya istinadən verdiyi xəbərə əsasən, Toronto şəhərinə uçan “Embraer 190” tipli təyyarənin pilotlara aid hissəsində texniki nasazlıq baş verib. Bu səbəbdən pilotlar Qalifaks hava limanına təcili eniş ediblər.
Zərərçəkənlərin olub-olmadığı ilə bağlı məlumat verilmir.