Kanadada məktəbli qız həmyaşıdını və məktəbin əməkdaşını bıçaqla yaralayıb

Kanadada məktəbli qız həmyaşıdını və məktəbin əməkdaşını bıçaqla yaralayıb Bakı. 18 yanvar. REPORT.AZ/ Kanadada məktəbli qız bıçaqla həmyaşıdını və məktəbin əməkdaşını yaralayıb.
Digər ölkələr
18 Yanvar , 2018 06:22
Kanadada məktəbli qız həmyaşıdını və məktəbin əməkdaşını bıçaqla yaralayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Kanadada məktəbli qız bıçaqla həmyaşıdını və məktəbin əməkdaşını yaralayıb.

“Report” xəbər verir ki, bu barədə “Global News” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Pikerinq şəhərində baş verib. İnsident 16 yaşlı qızların mübahisəsi nəticəsində olub. Orta məktəbin əməkdaşı məktəbliləri ayırmaq istəyərkən o da bıçaq xəsarəti alıb.

Telekanalın məlumatına görə, qarşıdurma zamanı xəsarət almış məktəbli xəstəxanaya yerləşdirilib. Dalaşanları ayırmaq istəyən qadının yüngül xəsarət aldığı bildirilir. Ona tibbi yardım göstərilib.

Məktəbə gələn polis əməkdaşları hücum edən qızı saxlayıblar. O, hazırda həbs edilib.

Son xəbərlər

Orphus sistemi