Kanadada məktəbli avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Kanadada məktəbli avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var Hadisənin təfərrüatları barədə məlumat verilmir
Digər ölkələr
4 Dekabr , 2016 05:36
Kanadada məktəbli avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Bakı. 4 dekabr. REPORT.AZ/ Kanadada məktəbliləri daşıyan avtobus aşıb.

"Report" xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Telekanalın polisə istinadən verdiyi məlumata görə, hadisə Manitoba vilayətinin Metison-Aylend rayonunda baş verib. Qəza zamanı avtobusda 4 nəfər və 25 uşaq olub.

Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Qəzanın baş verdiyi əraziyə tibbi helikopter və 6 təcili yardım maşını cəlb edilib.

Hadisənin təfərrüatları barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi