Yuxarı

Kanadada kişi polisə atəş açıb, ölən və yaralanan var

Kanadada kişi polisə atəş açıb, ölən və yaralanan var
Silahlı cani fərdi yaşayış evinin sakinindən maşının açarlarını zor gücü ilə almaq istəyib

Bakı. 28 mart. REPORT.AZ/ Kanadanın Kalqari şəhərinin şimal-şərqində naməlum şəxs atəş açıb.

“Report” xəbər verir ki, polisi yaralayaraq maşın qarajında gizlənən şəxs orada ölü tapılıb.

Polis cinayətin detallarını açıqlamır, lakin məlumdur ki, silahlı cani fərdi yaşayış evinin sakinindən maşının açarlarını zor gücü ilə almaq istəyib. Çağırışa polis gəlib.

Kişi hadisə yerinə gələn polisə atəş açıb. Yaralı asayiş keşikçisinin vəziyyəti barədə məlumat verilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi