Kanadada kişi dörd tanışını güllələyərək öldürüb

Kanadada kişi dörd tanışını güllələyərək öldürüb Kanadanın Britaniya Kolumbiyası əyalətinin Pentikton şəhərinin müxtəlif hissələrində baş verən atışma nəticəsində 4 nəfər ölüb.
Digər ölkələr
16 Aprel , 2019 08:32
Kanadada kişi dörd tanışını güllələyərək öldürüb

Kanadanın Britaniya Kolumbiyası əyalətinin Pentikton şəhərinin müxtəlif hissələrində baş verən atışma nəticəsində 4 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi CTV telekanalı məlumat yayıb.

Şəhər polisinin nümayəndəsi Ted De Cagerin məlumatına görə, atəş açan şəxs polis məntəqələrindən birinə gələrək, özü hüquq-mühafizə orqanlarına təslim olub.

Onun şəxsiyyəti açıqlanmır, lakin artıq məlumdur ki, o, yoldan keçənləri deyil, şəhərin iki ayrı rayonunda yaşayan tanışlarını qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi