Kanadada keşiş ibadət zamanı bıçaqlanıb - VİDEO

Kanadada keşiş ibadət zamanı bıçaqlanıb - VİDEO Kanadanın Monreal şəhərində naməlum şəxs ibadət zamanı katolik kilsəsinin keşişini bıçaqlayıb.
Digər ölkələr
23 Mart , 2019 04:47
Kanadada keşiş ibadət zamanı bıçaqlanıb - VİDEO

Kanadanın Monreal şəhərində naməlum şəxs ibadət zamanı katolik kilsəsinin keşişini bıçaqlayıb.

"Report" CBC telekanalına istinadən xəbər verir ki, hadisə Müqəddəs İosif oratoriyasında səhər ibadəti zamanı baş verib.

Cani arxadan müqəddəs ata Klod Qruya yaxınlaşaraq, ona bir neçə bıçaq zərbəsi endirib. O, dərhal hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Keşiş ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Polis hadisənin səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi