Yuxarı
    Bağlamaq

    Kanadada idmançıları daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb

    Bakı. 12 aprel. REPORT.AZ/ Kanadanın Saskaçevan vilayətində "Humbolt Bronkos" hokkey komandasının üzvlərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

    "Report" xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat yayıb.

    Məlumata görə, komandanın 25 yaşlı fizioterapevti Dayana Brons qəza zamanı aldığı xəsarətlərdən xəstəxanada ölüb. O, iki cərrahi əməliyyat keçirib. Lakin həkimlər Dayana Bronsun həyatını xilas edə bilməyiblər.

    Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Tisdeyl şəhərindən 30 kilometr şimalda baş verib. Ağır tonnajlı yük avtomobili iki yol ayrıcında avtobusla toqquşub. 

    Hadisə zamanı avtobusda 29 nəfər olub. Onlardan 14-ü hadisə yerində ölüb. Digər sərnişinlər isə xəstəxanaya yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi