Yuxarı

Kanadada “Huawei” şirkətinin menecerinə məxsus evdən oğurluğa cəhd olub

© BBC

Bakı. 10 dekabr. REPORT.AZ/ Vankuver polisi “Huawei” şirkətinin hazırda həbsdə olan maliyə direktoru Menq Vanjounun həyat yoldaşına məxsus evi naməlum şəxslər tərəfindən yarmaq cəhdilə bağlı araşdırma aparır.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, ötən gün səhər evə gələn soyğunçular qonşular tərəfindən ürküdülürərək uzaqlaşdırılıblar. Hələlik heç kim saxlanılmayıb.

Xatırladaq ki, “Huawei” şirkətinin banisi Ren Jenqfeinin qızı olan Menq Vanjou dekabrın 1-də ABŞ hökumətinin sorğusu ilə İran vs. sanksiya tətbiq olunan ölkələrə ABŞ məhsullarını tədarük etməkdə şübhəli bilinərək həbs olunmuş, bununla bağlı ÇİN Xarici İşlər Nazirliyi ABŞ səfirini çağırıb etirazını bildirmişdi.

“Reuters” xəbər verir ki, Çin hökuməti Menq Vanjounun azad olunması üçün təzyiq göstərsə də, Kanada prokurorluğu onun ABŞ-a ekstradisiyası üçün hazırlıq görür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi