​Kanadada hava limanı yanıb - VİDEO

​Kanadada hava limanı yanıb - VİDEO Yanğınlara 250 yanğınsöndürən, 17 təyyarə və 12 vertolyot cəlb olunub
Digər ölkələr
5 May , 2016 22:27
​Kanadada hava limanı yanıb - VİDEO

Bakı.5 may.REPORT.AZ/ Meşə yanğınları səbəbindən Kanadanın Alberta əyalətində Fort-Makmürrey şəhəri yaxınlığında yerləşən hava limanı yanmağa başlayıb.

"Report" xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Kanadanın Nəqliyyat Nazirliyinin məlumatına görə, yanğın hava limanının şimal hissəsindədir. Yanğın nəticəsində artıq otel, mağaza və bir neçə tikili sıradan çıxıb. Alov yayılmaqda davam edir. Terminallardakı sərnişinlər təhlükəsiz yerlərə təxliyə olunub. Aeroportun bütün ərazisi tüstüyə bürünüb. Bütün reyslər ləğv olunub, lakin əməkdaşların bir hissəsi hava limanının cənub hissəsində qalmaqdadır.

Ötən gün regionda fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Bundan əvvəl 1,5 min nəfər təbii fəlakət zonasından təxliyə edilib. Beləliklə təxliyə olunan Alberta sakinlərinin sayı 90 min nəfərə çatıb.

Yanğının söndürülməsinə 250-dən çox yanğınsöndürən, 17 təyyarə və 12 vertolyot cəlb olunub.

Son xəbərlər

Orphus sistemi