Kanadanın Kvebek əyalətində yazın gəlişi ilə əlaqədar çayların daşması səbəbindən 7,7 mindən çox insan öz evini tərk etmək məcburiyyətində qalıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü CTV telekanalı məlumat yayıb.
"Heç kim zərər çəkməyib, bütün insanlar təhlükəsizlikdədirlər və ən əsası da elə budur", - deyə regionun ictimai təhlükəsizlik naziri Jenevyev Qibo bildirib.