Yuxarı

Kanadada atışma nəticəsində 3 nəfər yaralanıb

Kanadada atışma nəticəsində 3 nəfər yaralanıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Kanadanın Ontario əyalətində atışma nəticəsində 3 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Sent-Katarins şəhərində baş verib.

Evlərdən birində çox sayda atəş səsi eşidilməsi ilə bağlı məlumat alan polis hadisə yerinə çatarkən 3 yaralı aşkar edib. Onlar xəstəxanaya yerləşdiriliblər və ikisinin vəziyyəti ağırdır.

Hazırda polis iki şübhəlini axtarır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi