Kanadada 200 avtomobil toqquşdu, yaralılar var

Kanadada 200 avtomobil toqquşdu, yaralılar var Kanadada 200 avtomobilin iştirakı ilə kütləvi yol-nəqliyyat hadisəsi baş verib.
Digər ölkələr
20 Fevral , 2020 03:32
Kanadada 200 avtomobil toqquşdu, yaralılar var

Kanadada 200 avtomobilin iştirakı ilə kütləvi yol-nəqliyyat hadisəsi baş verib.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

“Monrealda onlarla avtomobilin iştirakı ilə baş verən kütləvi yol-nəqliyyat hadisəsində 60 nəfər xəsarət alıb. İnsanları hələ də avtomobillərdən çıxardırlar. Cənub sahədəki “15” nömrəli avtomobil yolu hər iki istiqamətdə bağlanıb” - deyə “CBC” kanalı özünün “Twitter” hesabında yazıb.

Daha sonra kanal yaralı sayının 69 nəfər olduğunu bildirib. Hadisəyə mürəkkəb hava şəraiti səbəb olub.

"Radio Canada"nın məlumatına əsasən, Monrealda 200 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Qeyd olunub ki, qəza baş verən əraziyə avtomobillərin yanacağı tökülüb.

Qəza yerindən təxminən 150 nəfər təxliyə edilib. Xüsusilə, 10-dan çox yük maşını, benzin daşıyan maşın, habelə insanların hərəkət etdiyi müntəzəm və məktəb avtobusları qəzaya uğrayıb. İlkin ehtimala görə, təxminən 50 maşın yararsız hala düşüb.

Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən avtomobili cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi