Kanada XİN başçısının bir mesajı ölkəsinə 20 milyard dollar ziyan vurub

Kanada XİN başçısının bir mesajı ölkəsinə 20 milyard dollar ziyan vurub Bakı. 8 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ilə münasibətlərin pozulması Kanada iqtisadiyyatına 20 milyard dollar ziyan vurub.
Digər ölkələr
8 Avqust , 2018 11:22
Kanada XİN başçısının bir mesajı ölkəsinə 20 milyard dollar ziyan vurub

Bakı. 8 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ilə münasibətlərin pozulması Kanada iqtisadiyyatına 20 milyard dollar ziyan vurub.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Kanadanın xarici işlər naziri Xristiya Frilandın yazdığı bir “Twitter” mesajı iki ölkə arasındakı əlaqələrdə problemlər yaradıb.

Belə ki, nazir Səudiyyə Ərəbistanında həbs edilən hüquq müdafiəçisi, kanadalı bloqqer Raifa Badavi-Samar və daha bir qadının sərbəst buraxılması tələb edib və bununla bağlı “Twitter” səhifəsində mesaj yazıb.

Mütəxəssislər gərginliyin iki ölkə arasında müdafiə sahəsində imzalanmış 15 milyard dollarlıq müqaviləyə də təsirini istisna etmirlər. Bu müqavilə ilə bağlı danışıqlar 2014-cü ildə başa çatıb. 2015-ci ildə müqavilənin icrası dondurulub, ancaq bir müddət sonra Səudiyyə Ərəbistanı üçün zirehli texnika istehsal edilib. 

Son xəbərlər

Orphus sistemi