Yuxarı

Kanada konsulluq işçilərinə Honkonqu tərk etməyə qadağa qoyub

Kanada konsulluq işçilərinə Honkonqu tərk etməyə qadağa qoyub

Kanadanın Honkonqdakı konsulluğu Çin rəsmilərinin Şençjendə Britaniya konsulluğunun nümayəndəsi Saymon Çeni saxlamasından sonra yerli sakin olan əməkdaşlarına Çinin materik hissəsinə səyahət etməyi yasaqlayıb.

"Report" xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti yazıb.

"Kanadanın Honkonqdakı Baş Konsulluğunda həm Honkonqda yerləşdirilən kanadalı diplomatlar, həm də yerli sakinlər çalışırlar. Hazırda yerli sakinlər Honkonqdan kənara rəsmi işgüzar səfərlər etməyəcəklər", - Kanada konsulluğunun rəsmi nümayəndəsi bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi