​Kanada ilk dəfə olaraq İŞİD-in Suriyadakı mövqelərinə zərbə endirib

​Kanada ilk dəfə olaraq İŞİD-in Suriyadakı mövqelərinə zərbə endirib Aviahücumda 10 təyyarə iştirak edib
Digər ölkələr
9 Aprel , 2015 04:43
​Kanada ilk dəfə olaraq İŞİD-in Suriyadakı mövqelərinə zərbə endirib

Bakı. 9 aprel. REPORT.AZ/ Kanada Hərbi Hava Qüvvələri ilk dəfə olaraq Suriyada "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması üzvlərinin mövqelərinə havadan zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir.

"F-18 qırıcı-bombardımançı təyyarələri Kanada hökumətinin İŞİD ilə mübarizə üzrə beynəlxalq əməliyyatlarda iştirakını genişləndirmək haqqında qərar qəbul etdikdən sonra Suriyada ilk aviazərbələrini endirib", - deyə İdarənin məlumatında bildirilir.

Müdafiə Nazirliyindən əlavə ediblər ki, havadan endirilən zərbələrin hədəfi İŞİD yaraqlılarının Ər-Rəqqa şəhəri yaxınlığındakı qarnizonu olub.

Aviahücumda 10 təyyarə iştirak edib ki, onlardan da ikisi Kanadaya, altısı isə Amerikaya məxsus olub.

Son xəbərlər

Orphus sistemi