Yuxarı

Kanada İraqdakı hərbi missiyasının qalma müddətini uzada bilər

Kanada İraqdakı hərbi missiyasının qalma müddətini uzada bilər

Bakı. 15 sentyabr. REPORT.AZ/ Kanadanın İraqdakı missiyasının komandiri general Kolin Kiver bildirib ki, Ottava öz hərbi kontingentinin bu ölkədə qalma mandatını uzada bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, hərbçinin bəyanatını "The Canadian Press" nəşri yayıb.

Generalın sözlərinə görə, İraq hökuməti və İŞİD terror təşkilatının məğlubiyyətə uğradılmasından sonra da, təhlükəsizliyin təmin edilməsi işində Kanada və öz digər tərəfdaşlarına etibar edəcək.

"Onlar etibar edirlər ki, təhlükəsizliyin təmin edilməsi və İraqın sabitləşdirilməsi və çiçəkləndirilməsi üçün daimi köməyə ehtiyacları var", - deyə Kiver əlavə edib.

General qeyd edib ki, İraqdakı cari Kanada missiyasının qalma müddətinin 2019-cü ilin martına qədər nəzərdə tutulan uzadılması təklifi Kanada Müdafiə Nazirliyi tərəfindən artıq payızda baş nazir Castin Trüdonun Nazirlər Kabinetinə göndərilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi