Kanada baş nazirini aparan təyyarə təcili eniş edib

Kanada baş nazirini aparan təyyarə təcili eniş edib Hava gəmisində texniki problem yaranıb
Digər ölkələr
30 Oktyabr , 2016 07:34
Kanada baş nazirini aparan təyyarə təcili eniş edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Kanadanın baş naziri Castin Trüdonu aparan təyyarə təcili paytaxt Ottavaya qayıtmaq məcburiyyətində qalıb.

"Report" xəbər verir ki, bu barədə "CTV News" telekanalı məlumat yayıb.

Məlumata görə, Trüdo Brüsseldə keçirilən sammitə gedirmiş.

Son məlumatlara görə, təyyarənin heyət üzvləri texniki problem səbəbindən hava gəmisini geri qaytarmaq qərarına gəliblər.

Son xəbərlər

Orphus sistemi