Kamerunda hərbi vertolyot qəzaya uğrayıb: 1-i general olmaqla, 6 nəfər ölüb

Kamerunda hərbi vertolyot qəzaya uğrayıb: 1-i general olmaqla, 6 nəfər ölüb Qəzanın başvermə səbəbləri məlum deyil
Digər ölkələr
23 Yanvar , 2017 03:48
Kamerunda hərbi vertolyot qəzaya uğrayıb: 1-i general olmaqla, 6 nəfər ölüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Kamerunda vertolyot qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Məlumata görə, radikal "Boko Haram" qruplaşması ilə mübarizə məqsədilə ayrılmış hərbi vertolyot qəzaya uğrayıb. Nəticədə 1 general daha 5 nəfər həlak olub.

Xəbərdə bildirilir ki, hadisə Kamerun-Nigeriya sərhədində baş verib. Ölənlərdən ikisi ekipaj üzvüdür. Həlak olmuş generalla yanaşı, daha üç nəfərin yüksək vəzifəli şəxslər olduğu bilddirilir.

Qəzanın başvermə səbəbləri məlum deyil.

Son xəbərlər

Orphus sistemi