Kamerunda terrorçular hava limanına eniş edən sərnişin təyyarəsini atəşə tutub

Kamerunda terrorçular hava limanına eniş edən sərnişin təyyarəsini atəşə tutub “Cameroon Airlines” Hava Yollarına məxsus sərnişin təyyarəsi eniş etmək üçün Kamerunun şimal-qərbindəki Bamanda hava limanına yaxınlaşarkən terrorçular tərəfindən atəşə tutulub.
Digər ölkələr
2 Dekabr , 2019 02:25
Kamerunda terrorçular hava limanına eniş edən sərnişin təyyarəsini atəşə tutub

“Cameroon Airlines” Hava Yollarına məxsus sərnişin təyyarəsi eniş etmək üçün Kamerunun şimal-qərbindəki Bamanda hava limanına yaxınlaşarkən terrorçular tərəfindən atəşə tutulub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” aviaşirkətin açıqlamasına istinadən məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda təyyarəyə dəyən ziyanın miqdarı hesablanır.

Qeyd olunub ki, silahlı insident bazar günü səhər saatlarında terrorçuların hökumət ordusu ilə döyüşdüyü ərazidə baş verib.

Qeyd edək ki, regionda “Boko Haram” terror qruplaşması fəaliyyət göstərir, Nigeriyada şəriət dövlətinin qurulmasını istəyirlər. Onlar eyni zamanda Kamerun və Çadda bir neçə terror aktı törətməkdə şübhəli bilinirlər.

Son xəbərlər

Orphus sistemi