Bakı. 19 fevral. REPORT.AZ/ Kamerunun şimalında törədilən terror aktı nəticəsində azı 19 nəfər ölüb, 50 nəfər yaralanıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda yerli hökumət məlumat yayıb.
Məlumata görə, terror ölkənin şimalında bazar ərazisində iki yerdə törədilib.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
"Boko Haram" terrorçu qruplaşması Kamerunun şimal bölgəsinə tez-tez hücum edir. 2009-cu ildən etibarən Niger, Kamerun və Çadda bu qruplaşma 13 mindən çox sakini öldürüb.