Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürüldü

Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürüldü Kamerunun cənub hissəsində silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kənd sakinini qətlə yetiriblər.
Digər ölkələr
17 Fevral , 2020 04:20
Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürüldü

Kamerunun cənub hissəsində silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kənd sakinini qətlə yetiriblər.

“Report” xəbər verir ki, bu barədə BMT-nin nümayəndəsi “Agency France Presse”ə açıqlamasında deyib.

Qeyd olunub ki, kənd sakinlərinə qarşı silahlı hücum cümə günü ( 14 fevral - Red) baş verib.

“Ümumilikdə 22 nəfər qətlə yetirilib. Onların arasında 11-i qız olmaqla, 14 nəfər uşaq da var” - deyə, BMT-nin Humanitar İşlər Koordinasiya Ofisinin Kamerunun şimal-qərb və cənub-qərb bölgələrindəki nümayəndəsi Ceyms Nunan bildirib.

O, əlavə edib ki, naməlum şəxslər yaşı beşdən aşağı olan doqquz uşağı, hamilə xanımı və yanlarında uşaqları olan iki qadını öldürüblər.

Qeyd edək ki, Kamerunun cənubunda tanınmayan “Ambazoniya” adlı ərazi yerləşir və oranın əhalisi Kamerunun digər hissəsindən fərqli olaraq, frankofon yox, anqlofondur.

Son xəbərlər

Orphus sistemi