Kamboca 28 fırıldaqçını Çinə ekstradisiya edib

Kamboca 28 fırıldaqçını Çinə ekstradisiya edib Onlar 61 nəfərlik qruplaşmanın üzvləridir
Digər ölkələr
30 Oktyabr , 2017 07:07
Kamboca 28 fırıldaqçını Çinə ekstradisiya edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Kamboca telekommunikasiya sahəsində fırıldaqçılıqda şübhəli bilinən 28 nəfəri Çinə ekstradisiya edib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, onlar 61 nəfərlik qruplaşmanın üzvləridir. Fırıldaqçılar iki ölkənin hüquq-mühafizə orqanlarının Çin və Kamboca sərhədlərində keçirdikləri birgə əməliyyat zamanı saxlanılıblar.

Çinin İctimai Təhlükəsizlik Nazirliyi Çunçin və Şandun vilayətlərinin polisi ilə birlikdə ötən ayın əvvəllərində telekkomunikasiya sahəsində fırıldaqçılığın araşdırılması təşəbbüsü ilə çıxış edib.

Güman edilir ki, şübhəli şəxslər Çin sakinlərinə zəng etməklə özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi qələmə verərək və ya yüksək gəlir barədə vəd verərək onlardan zorla pul alıblar.

Son xəbərlər

Orphus sistemi