Bakı. 23 sentyabr. REPORT.AZ/ Amerikanın Kaliforniya ştatının güclü yanğınlarla əhatə olunmuş şimal hissəsi sentyabrın 22-də təbii fəlakət zonası elan edilib.
"Report" TASS-a istinadən xəbər verir ki, indi regional hakimiyyət dairələri təcili yardım üçün federal hökumətə müraciət edə bilərlər.
Söhbət San-Fransiskoтгт 150 km. şimalında yerləşən Leyk dairəsindən gedir. Orada yanğınlar artıq iki həftədir ki, tüğyan edir. Bu müddət ərzində alov ən azı 1200 ev və tikilini məhv edib.
Üç kaliforniyalı yanğının qurbanı olub. Daha üç nəfərin ölümü hələ təsdiqlənməyib. 15 yerli sakin itkin düşmüş hesab olunur.