​Kaliforniyada yüngül mühərrikli təyyarə evin üstünə düşüb

​Kaliforniyada yüngül mühərrikli təyyarə evin üstünə düşüb Pilot və sərnişinlərin vəziyyəti haqqında məlumat yoxdur
Digər ölkələr
11 Oktyabr , 2015 10:40
​Kaliforniyada yüngül mühərrikli təyyarə evin üstünə düşüb

Bakı. 11 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında göyərtəsində iki sərnişin olan yüngül mühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Federal Mülkü Aviasiya İdarəsinin mətbuat katibi Allen Kenitzep məlumat verib.

Onun sözlərinə görə, insident yerli vaxtla şənbə günü axşam Nevada ştatı ilə sərhəddə yerlşən Saut-Leyk-Taxoda baş verib. Məlumata görə, yüngül mühərrikli "Beech 35 Bonanza" təyyarəsinin qəzası onun Leyk Taxo aeroportundan havaya qalxmasından bir qədər sonra baş verib.

Təyyarədə olan sərnişinlərin vəziyyəti haqqında hələ ki, məlumat yoxdur. Evdə olan insanlar zərər çəkməyiblər. Təyyarənin düşməsi nəticəsində kiçik yanğın baş verib və tezliklə söndürülüb.

Son xəbərlər

Orphus sistemi