Kaliforniyada yanğınlar zamanı ölənlərin sayı 58 nəfərə çatıb

Kaliforniyada yanğınlar zamanı ölənlərin sayı 58 nəfərə çatıb Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Byutt dairəsində təbiət yanğınları qurbanlarınn sayı 50 nəfərdən 58 nəfərə çatıb.
Digər ölkələr
15 Noyabr , 2018 07:41
Kaliforniyada yanğınlar zamanı ölənlərin sayı 58 nəfərə çatıb

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Byutt dairəsində təbiət yanğınları qurbanlarınn sayı 50 nəfərdən 58 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü dairə şerifi Kori Honea mətbuat konfransında deyib.

"Bu gün daha 8 nəfərin qalıqları aşkar edilib", - deyə o bildirib.

Şerifin sözlərinə görə, ölənlərin hamısı əməli olaraq yanğın tərəfindən məhv olan Paradays şəhərindəki evlərində tapılıblar.

Yanğınlar zamanı təqribən 200 nəfərin itkin düşdüyü bildirilir.

Bundan əvvəl Kaliforniyada 44 nəfər meşə yanğınlarının qurbanı olub.

Son xəbərlər

Orphus sistemi