Kaliforniyada yanğının vurduğu ziyan milyard dollarlarla ölçülür

Kaliforniyada yanğının vurduğu ziyan milyard dollarlarla ölçülür Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatı tarixində ən dağıdıcı yanğının vurduğu ziyan milyardlarla dollar təşkil edir.
Digər ölkələr
28 Noyabr , 2018 03:50
Kaliforniyada yanğının vurduğu ziyan milyard dollarlarla ölçülür

Bakı. 28 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatı tarixində ən dağıdıcı yanğının vurduğu ziyan "milyardlarla dollar" təşkil edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Rayan Zinke deyib.

Nazirin sözlərinə görə, hökumət yanğından zərər çəkmiş insanlara artıq 20 milyon dollardan çox vəsait ayırıb. Lakin bu, ştatın bərpasına sərf olunacaq vəsaitin yalnız az bir hissəsidir.

"Mən dəyən ziyanın aradan qaldırılması məcburiyyətində qalmaqdansa, federal büdcədən bir çox şeylərə vəsait sərf etməyə üstünlük verərdim", - deyə Zinke bildirib.

Hazırda bütün yanğın ocaqları lokallaşdırılıb. Təbii fəlakət nəticəsində 88 nəfər həyatını itirib, daha 200 nəfər itkin düşmüş hesab olunur.

Son xəbərlər

Orphus sistemi