Yuxarı

ABŞ-ın Kaliforniya ştatında terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb

​Kaliforniyada terror aktı törətməyi planlaşdıran şəxs saxlanılıb

ABŞ polisi və Federal Təhqiqat Bürosu (FTB) ölkədə terror aktının qarşısını alıb.

Bu barədə "Report" "Los Angeles Times"a istinadən xəbər verir.

Qeyd edilir ki, terror aktı törətməyi planlaşdıran şəxs xüsusi əməliyyatla yaxalanıb. 26 yaşlı Mark Stiven Dominqo əldəqayrıma partlayıcı qurğu vasitəsilə Kaliforniyanın cənubunda terror aktı törətmək niyyətində imiş.

O, əvvəllər ABŞ-ın Hərbi Qüvvələrində xidmət edib. 

Daha əvvəl də Texas ştatında yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi